Macarıstanda 1700 illik Roma sarkofağı tapıldı
Budapeştin Obuda rayonunda aparılan qazıntılar zamanı tam qorunub qalmış qədim türbə aşkar edilib
Macarıstanda arxeoloqlar tərəfindən aparılan qazıntılar zamanı təqribən 1700 il əvvəl Roma imperiyası dövründə hazırlanmış daş sarkofaq tapılıb. Bu barədə məlumatı “Fox News” yayıb. Tapıntı Budapeştin şimalında yerləşən Obuda rayonunda – qədim Roma şəhəri Aquincumun ərazisində müəyyən edilib.
3–4-cü əsrlərə aid edilən sarkofaqın köhnə qəbiristanlıqda, tərk edilmiş tikililərin yaxınlığında aşkarlandığı bildirilir. Budapeşt Tarix Muzeyinin aparıcı arxeoloqu Qabriella Fenyes tapıntının xüsusilə dəyərli olduğunu, çünki sarkofaqın əla vəziyyətdə günümüzədək gəlib çıxdığını qeyd edib.
Sarkofaqın içərisində gənc bir qadına məxsus skelet və çoxsaylı dəfn avadanlıqları tapılıb. Onların arasında:
-
iki şüşə qab,
-
tunc fiqurlar,
-
140 ədəd qədim sikkə,
-
kəhrəba ilə işlənmiş bəzək əşyaları,
-
qızılı naxışlı toxuculuq nümunələri
yer alır. Tədqiqatçılar bu əşyaların mərhum qadının ailəsi tərəfindən dəfn mərasimi zamanı qoyulduğunu ehtimal edir.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.