Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Məktəblilər arasında təhlükəli münaqişə

Şəmkirin Kür qəsəbəsində 15 yaşlı yeniyetmə bıçaqlanaraq xəstəxanaya yerləşdirildi

63

Şəmkir rayonunda məktəblilər arasında baş verən münaqişə ağır nəticələnib. Hadisə rayonun Kür qəsəbəsində qeydə alınıb.

İlkin məlumata görə, qəsəbə sakini, 2009-cu il təvəllüdlü H.A. şəxsi münasibətlər zəminində 2011-ci il təvəllüdlü S.M.-yə bıçaq xəsarəti yetirib. Yaralanan yeniyetmə dərhal xəstəxanaya çatdırılıb, həkimlər onun vəziyyətini orta ağır qiymətləndirirlər.

Qeyd olunur ki, hadisədə iştirak edən hər iki şəxs məktəblidir. Münaqişənin dəqiq səbəbləri hələlik açıqlanmayıb.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.