Məktəblərdə beşgünlük payız tətili başlayır
Tətil 16-20 noyabr tarixlərini əhatə edəcək, dərslər 21 noyabrdan bərpa olunur
2025-2026-cı tədris ili üzrə ümumi təhsil müəssisələrində payız tətili noyabrın 16-dan start götürəcək. Tətil 16-20 noyabr tarixlərini əhatə edəcək.
Nazirlər Kabinetinin “Ümumi təhsil müəssisələrində tədris ilinin müddəti”nin təsdiq edilməsi haqqında Qərarına əsasən, payız tətili bütün ümumi təhsil müəssisələrinə, o cümlədən məktəbəhazırlıq qruplarına da şamil edilir. Tətil bitdikdən sonra ilk dərs günü 21 noyabr tarixində olacaq.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.