Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Məktəbdə bədbəxt hadisə

Mingəçevirdə şagird stulun şrupuna ilişərək xəsarət alıb – xəstəxanaya çatdırılıb

48

Mingəçevirdə məktəbdə xoşagəlməz hadisə baş verib. 2013-cü il təvəllüdlü Bayramov Rza Əziz oğlu 7 saylı orta məktəbdə dərs zamanı xəsarət alıb. Məlumata görə, şagirdin sol əl barmağı ehtiyatsızlıq nəticəsində əyləşdiyi stulun şrupuna ilişib. Hadisə zamanı o, stulla birgə dərhal xəstəxanaya aparılıb. Həkimlərin müdaxiləsi nəticəsində yeniyetmənin vəziyyəti stabilləşib, həyatına təhlükə olmadığı bildirilir.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.