Məhəmməd adı Avropada yeni doğulan oğlanlar arasında ən populyar ad oldu
London, Berlin, Amsterdam və digər böyük şəhərlərdə valideynlər oğlan uşaqlarına Məhəmməd adını daha çox verir
Məhəmməd adı bir sıra böyük Avropa şəhərlərində yeni doğulmuş oğlan uşaqları arasında ən çox seçilən ad olub. Bu barədə “World of Statistics” portalı məlumat yayıb.
Britaniya, Almaniya, Belçika, Hollandiya və Norveçdə xüsusilə populyarlaşan bu ad, London, Mançester, Berlin, Brüssel, Amsterdam, Hagen və Oslo kimi şəhərlərdə də valideynlər tərəfindən oğlan uşaqlarına üstünlük verilən adlardan biridir.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.