Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Lionda minlərlə insan sağçı fəalın ölümü ilə bağlı küçələrə çıxdı

Emmanuel Makron sakitliyə çağırış etdi, hadisə ilə bağlı 7 nəfər istintaqa cəlb olundu

28

Fransanın Lion şəhərində ötən həftə sağçı fəal Kventin Derankın qətlə yetirilməsi ilə bağlı minlərlə insan etiraz yürüşünə çıxıb.                                              23 yaşlı fəalın radikal sol baxışlı şəxslər tərəfindən döyülərək həyatını itirdiyi iddia olunur.

Aksiyada iştirak edənlərin bir qismi üzlərini maska və gün eynəkləri ilə gizlədib, sərt və radikal şüarlar səsləndirib. Yerli hakimiyyət nümayəndələri nasist salamı və irqçi ifadələrin yer aldığı görüntüləri araşdırma üçün prokurorluğa göndəriblər. Asayişin pozulması ehtimalını nəzərə alan polis şəhərdə təhlükəsizlik tədbirlərini gücləndirib.

Fransa Prezidenti Emmanuel Makron cəmiyyəti sakitliyə dəvət edib və zorakı qruplarla bağlı məsələlərin müzakirəsi üçün gələn həftə xüsusi müşavirə keçiriləcəyini açıqlayıb. Hadisə çərçivəsində yeddi nəfər barəsində istintaq başladılıb. Rəsmi məlumata görə, Liondakı yürüşdə təxminən 3 200 nəfər iştirak edib.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.