Lift təhlükəsizliyində yeni dövr: Vətəndaşlar real vaxt məlumat əldə edəcək
2026-cı ildə istifadəyə veriləcək “MyLift” platforması vətəndaşlara liftlərin texniki vəziyyətini və yoxlamaların nəticələrini anında təqdim edəcək
Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyasının (AISA) İdarə Heyətinin sədri Orxan Xəlilzadə bildirib ki, 2026-cı ildə istifadəyə veriləcək “MyLift” elektron platforması vətəndaşlara istifadə etdikləri liftlərin təhlükəsizliyi haqqında məlumatı təqdim edəcək.
Xəlilzadə açıqlayıb ki, bu tətbiq vasitəsilə hər bir istifadəçi liftin texniki vəziyyətini, aparılan yoxlamaların nəticələrini və digər göstəriciləri dərhal görmək imkanına malik olacaq.
“Yeni platforma lift xidmətləri ilə bağlı şikayətlərin əhəmiyyətli dərəcədə azalmasına kömək edəcək. Vətəndaşlar təhlükəsizliklə bağlı bütün məlumatları birbaşa elektron sistemdən əldə edə biləcək”, – o vurğulayıb.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.