Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Leyla Əliyeva Mingəçevirdə avarçəkmə mərkəzində idmançılarla görüşdü

“Kür” Olimpiya Tədris-İdman Mərkəzi gənclərin hazırlığı və idman infrastrukturunun inkişafı ilə tanışlıq üçün ziyarət edildi

41

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Mingəçevirdəki avarçəkmə bazasını ziyarət edib.

Səfər zamanı Leyla Əliyevaya Kür çayı üzərində fəaliyyət göstərən “Kür” Olimpiya Tədris-İdman Mərkəzinin fəaliyyəti, burada yaradılan infrastruktur, idmançıların hazırlıq prosesi və əldə etdikləri uğurlar barədə ətraflı məlumat verilib. Bildirilib ki, “Kür” mərkəzi Avropada və MDB məkanında nadir avarçəkmə bazalarından biridir və milli komandanın əsas hazırlıq mərkəzlərindən biridir.

Mərkəzdə müxtəlif yaş qruplarına aid idmançılar üçün müasir standartlara cavab verən şərait, zəruri infrastruktur, təhlükəsizlik sistemləri və müasir avadanlıqlar təmin olunub.

Görüş çərçivəsində Leyla Əliyeva gənclərin sağlam həyat tərzinə cəlb edilməsi, avarçəkmə idman növünün təşviqi və regionda idman infrastrukturunun gücləndirilməsi istiqamətində fikir mübadiləsi aparıb. O, həmçinin məşq prosesini izləyib və idmançılarla səmimi söhbət edib.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.