Leyla Əliyeva Bakı Xoreoqrafiya Akademiyasını ziyarət edib
Akademiyanın fəaliyyəti ilə tanış olan qonaq tələbələrin “Vals” və “Qazağı” rəqslərini izləyib
Leyla Əliyeva Bakı Xoreoqrafiya Akademiyasına səfər edib. Görüşdə mədəniyyət naziri Adil Kərimli də iştirak edib.
Səfər zamanı Leyla Əliyeva akademiyanın rəhbərliyi, şagird və tələbələri, eləcə də pedaqoji heyəti ilə görüşüb. O, həmçinin akademiyanın fəaliyyəti ilə tanış olaraq dərs otaqları və məşq zalları ilə yaxından tanış olub.
Tədbirin sonunda Bakı Xoreoqrafiya Akademiyasının tələbələri qonaqlar üçün “Vals” (“Yatmış gözəl” baletindən) və “Qazağı” rəqslərini təqdim ediblər.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.