Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Küveytdə səhvən ABŞ qırıcıları vuruldu

F/A-18 təyyarəsinin buraxdığı raket nəticəsində üç F-15 hədəfə alınıb, insident hava məkanında yaranan qarışıqlıqla izah edilir

80

Küveyt Hərbi Hava Qüvvələrinə məxsus F/A-18 qırıcısının səhvən ABŞ-a aid üç F-15 təyyarəsini vurduğu bildirilir.

Bu barədə “The Wall Street Journal” qəzeti mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, insidentdən əvvəl Küveyt hava məkanına bir neçə İran pilotsuz uçuş aparatının daxil olduğu qeydə alınıb. Hava məkanında bir neçə qırıcı təyyarə görən Küveyt hərbçiləri onları düşmən hədəfi kimi qiymətləndirərək raket buraxıblar. Nəticədə ABŞ Hərbi Hava Qüvvələrinə məxsus üç F-15 qırıcısı vurulub.

Xatırladaq ki, martın 2-də ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı da Küveytin hava hücumundan müdafiə sistemlərinin yanlışlıqla üç Amerika qırıcısını hədəfə aldığını açıqlamışdı.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.