Azərbaycan İncəsənət Məktəbinin təşkilatçılığı, Media Tədris Mərkəzinin dəstəyi ilə növbəti təlim gerçəkləşdirilib.
Saytımıza bu barədə AİM-in direktoru Tural Əliyev məlumat verib. O bildirib ki, Azərbaycan İncəsənət Məktəbinin (AİM) tələbələri ilə tanınmış sənət adamlarının – müğənnilər, aktyor və aktrisalar, məşhur rejissorlar və digər incəsənət xadimləri ilə mütəmadi görüşlər həyata keçirilir. Silsilə şəklində gerçəkləşdirilən belə tədbirlərdə əsas məqsəd tələbələri qonaqlarla daha yaxından tanış etmək, onların peşəkarlığından yararlanmalarına vəsilə olmaqdır.
Azərbaycan İncəsənət Məktəbi ilə Media Tədris Mərkəzinin tələbələri bu dəfə tanınmış aktyor Erhan Ufakla görüşüblər.
Erhan Ufak aktyorluq sənətindən və bu sənətə gəlişindən danışıb. Bundan sonra tələbələrin suallarını cavablandırıb. O, söhbət əsnasında Azərbaycana olan sevgisini xüsusi vurğulayıb. “Mən Azərbaycanda özümü qərib hiss etmirəm” deyə, aktyor bildirib.
Sonra tələbələrə sertifikatlar təqdim olunub. Tədbir iştirakçıları aktyorla xatirə fotoları çəkdiriblər.
Qeyd edək ki, Erhan Ufak “Kurtlar Vadisi” serialında oynadığı Güllü Erhan rolu ilə daha çox məşhurlaşıb və sevilib.
Şərhlər bağlıdır.