Küləkli hava nə vaxt səngiyəcək?
Xəzərdə dalğalar 4 metrdən yüksək: külək sabah zəifləyəcək
Ölkədə müşahidə olunan faktiki hava şəraiti barədə məlumat yayılıb.
Milli Hidrometeorologiya Xidmətinin açıqlamasına əsasən, hazırda paytaxt və Abşeron yarımadasında şimal-qərb istiqamətli güclü külək müşahidə olunur. Küləyin maksimal sürəti 23 metr/saniyəyədək çatır.
Dənizdə isə dalğaların hündürlüyü 4,4 metrə qədər yüksəlib.
Məlumatda qeyd edilir ki, küləkli hava avqustun 22-si günün ikinci yarısından etibarən zəifləməyə başlayacaq.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.