Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Krediti Ödəməkdə Çətinlik Çəkənlər Üçün Müddəti Uzatma İmkanı

Banklar hər müraciəti fərdi qiymətləndirir; kredit müddətinin uzadılması avtomatik deyil, müəyyən şərtlərlə mümkündür.

172

Kredit ödəmələrində çətinlik yaşayan vətəndaşlar üçün bəzən kredit müddətini uzatmaq imkanı mövcuddur. Məsələn, 1 illik kredit 2 ilə qədər uzadıldıqda, aylıq ödənişlər azalır və borcalan üçün yüngülləşir.

İqtisadçı-ekspert Əkrəm Həsənovun sözlərinə görə, kredit müddətinin uzadılması hər kəs üçün avtomatik deyil. Banklar bu qərarı verərkən borcalanın maliyyə vəziyyətini, əvvəlki ödəniş tarixçəsini və risk faktorlarını nəzərə alırlar.

Əgər borcalan bank qarşısında öhdəliyini müəyyən edilmiş müddət ərzində yerinə yetirə bilmədiyini əsaslı şəkildə sübut edə bilsə və bank buna razılıq verərsə, kredit müddətinin uzadılması mümkündür. Bu zaman tərəflər arasında əlavə razılaşma bağlanır. Əks halda, kreditin müddətini uzatmaq mümkün olmayacaq.

Ekspertlər vurğulayırlar ki, banklar bu cür güzəştləri fərdi qaydada qiymətləndirir və hər müraciət ayrıca nəzərdən keçirilir. Buna görə də bu imkan bütün müştərilərə avtomatik şamil edilmir.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.