Bizimlə həyatınız həmişə işıqlı olacaq!

“Konstitusiya və Suverenlik İli” çərçivəsində regional tədbir

Mingəçevir şəhər Prokurorluğunda “Açıq qapı” Günü keçirildi

769

Mingəçevir şəhər Prokurorluğunda Baş Prokurorluğun təşəbbüsü ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində regional “Açıq qapı” Günü keçirilib.

Tədbirdə Baş Prokurorluğun məsul əməkdaşları, Ağdam, Bərdə, Goranboy, Şəki, Mingəçevir və Yevlax prokurorluqlarının işçiləri, qeyri-hökumət təşkilatlarının nümayəndələri, eləcə də çoxsayda media təmsilçisi iştirak ediblər.

“Açıq qapı” Günü çərçivəsində iştirakçılara prokurorluq orqanlarının fəaliyyətinin hüquqi əsasları, peşəkar fəaliyyətin əsas prinsipləri və cəmiyyətlə formalaşan qarşılıqlı etimad mexanizmləri barədə ətraflı məlumat verilib. Seminar formatında davam edən növbəti mərhələdə isə nəzəri və praktik xarakterli məsələlər müzakirə olunub. Tədbir interaktiv müzakirələr şəraitində keçirilib, iştirakçıların sualları cavablandırılıb.

Daha sonra qonaqlar Mingəçevir şəhər Prokurorluğunun inzibati binası ilə tanış olub, prokurorluq əməkdaşlarının peşəkar fəaliyyətinin təmin edilməsi üçün yaradılmış iş şəraiti barədə məlumat əldə ediblər.

Tədbir çərçivəsində kriminalistik avtomobil və avadanlıqlar da nümayiş etdirilib, istintaq hərəkətləri zamanı müasir texnologiyaların tətbiqinin əhəmiyyəti qonaqlara əyani şəkildə izah olunub.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.