Şifrənizi bərpa edin.
Şifrə sizə e-poçtla göndəriləcək.
Qazaxıstanda prezidentin səlahiyyət müddətinin yeddi il müəyyənləşdirilməsi təklif olunur. Bu barədə “Kazaxstanskaya pravda” qəzetində dərc edilən yeni Konstitusiya layihəsində qeyd edilib.
Sənədə əsasən, Qazaxıstan Prezidenti konstitusiya qanunvericiliyinə uyğun şəkildə respublikanın yetkinlik yaşına çatmış vətəndaşları tərəfindən ümumi, bərabər və birbaşa seçki hüququ əsasında gizli səsvermə yolu ilə yeddi illik müddətə seçiləcək. Layihədə həmçinin eyni şəxsin iki dəfədən artıq prezident seçilməsinin mümkün olmayacağı vurğulanır.
Yeni Konstitusiya layihəsi ilə bağlı ümumrespublika referendumu martın 15-də keçiriləcək.
Növbəti yazı
Şifrənizi bərpa edin.
Şifrə sizə e-poçtla göndəriləcək.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.