Kolumbiya prezidenti Trampa dünya üzrə axtarılan narkobaronların siyahısını təqdim etdi
Qlobal narkotik şəbəkələrinin liderlərinin təqibi üçün beynəlxalq əməkdaşlıq zəruridir
Kolumbiya prezidenti Qustavo Petro ABŞ prezidenti Donald Trampa ölkə hüdudlarından kənarda yaşayan və qlobal miqyasda axtarışda olan narkobaronların siyahısını təqdim edib. O, bu şəxslərin yaxalanması üçün beynəlxalq əməkdaşlığın vacibliyini vurğulayıb.
Petro Vaşinqtonda Donald Trampla keçirilən görüşdən sonra mətbuat konfransında bildirib ki, narkotik ticarətinin əsas mərkəzləri hazırda Dubay, Madrid və Mayami kimi şəhərlərdə formalaşıb. Prezident qeyd edib ki, həmin şəxslərin adları və əlaqəli şəbəkələr barədə məlumatlar ABŞ tərəfinə ötürülüb.
“Bu qruplaşmaların əsas liderləri Kolumbiya ərazisindən kənarda fəaliyyət göstərir və onların maliyyə resursları da ölkə xaricində cəmlənib. Ona görə də müxtəlif dövlətlərin kəşfiyyat orqanları ilə birgə koordinasiyalı təqib zəruridir”, – deyə Petro vurğulayıb.
Kolumbiya liderinin sözlərinə görə, transmilli narkotik qaçaqmalçılığı ilə mübarizədə əsas hədəf cinayət zəncirlərinin başında duran fiqurların zərərsizləşdirilməsidir. O əlavə edib ki, bu şəbəkələrdə kolumbiyalılar da yer alsa da, onlar ümumi strukturun əsas hissəsini təşkil etmir.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.