Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Kolleclərə qəbul prosesi başlayır

Qeydiyyat fevralın 18-dən martın 5-dək davam edəcək, imtahanlar isə mart və aprel aylarında keçiriləcək

49

Bu gündən etibarən orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu start götürür. 9 və 11 illik təhsil bazası üzrə kolleclərə qəbul imtahanında iştirak etmək istəyən abituriyentlərin elektron qeydiyyatı (ərizə qəbulunun birinci mərhələsi) fevralın 18-dən martın 5-dək davam edəcək.

Dövlət İmtahan Mərkəzi tərəfindən 9 illik təhsil səviyyəsi üzrə buraxılış imtahanları üç zona üzrə aprelin 5-i, 12-si və 26-sı tarixlərində keçiriləcək. 11 illik təhsil səviyyəsi üzrə isə imtahanlar iki zona olmaqla martın 9-u və 15-nə təyin olunub.

Zonalar üzrə şəhər və rayonların siyahısı rəsmi mənbələrdə təqdim edilib. Peşə liseylərinin məzunları imtahanı təhsil aldıqları liseyin yerləşdiyi ərazi üzrə müəyyənləşdirilmiş tarixdə verəcəklər. Sumqayıt və Abşeron ərazisində fəaliyyət göstərən peşə liseylərinin məzunları isə martın 9-da imtahana qatılacaqlar.

Bundan əlavə, aprelin 19-da əvvəlki illərin məzunları üçün 11 illik təhsil bazasında kolleclərə qəbul imtahanı keçiriləcək.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.