Şifrənizi bərpa edin.
Şifrə sizə e-poçtla göndəriləcək.
İndiyədək Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən 33 qadın sahibkara ümumilikdə 500 min manatdan artıq qrant ayrılıb. Bununla yanaşı, 36 qadın sahibkara “Startap” şəhadətnaməsi təqdim olunub.
KOBİA-dan Teleqraf-a verilən məlumata istinadən bildiririk ki, təsisçiləri qadın olan və investisiya təşviqi sənədi əldə etmiş 69 sahibkarlıq subyekti 2016-cı ildən bu günə qədər 82 layihə həyata keçirib. Həmin layihələr çərçivəsində 880 təsdiqedici sənəd əsasında 260,9 milyon manat dəyərində avadanlıq idxal edilib və nəticədə 72,4 milyon manat məbləğində güzəşt əldə olunub.
Bundan əlavə, Bakı və regionlarda qadın sahibkarlar üçün 30-a yaxın sahəvi görüş və maarifləndirici tədbir təşkil edilib. Bu tədbirlərdə ümumilikdə 580-ə yaxın qadın sahibkar iştirak edib.
Əvvəlki yazı
Növbəti yazı
Şifrənizi bərpa edin.
Şifrə sizə e-poçtla göndəriləcək.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.