Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Kiyevin 2026-cı il üçün hərbi strategiyası açıqlanıb

Baş Komandan Aleksandr Sırski bildirib ki, ölkə yalnız müdafiə ilə kifayətlənməyəcək və Rusiya qüvvələrinə qarşı aktiv hərbi addımlar atılacaq

66

Ukrayna həm müdafiəsini gücləndirəcək, həm də qarşı tərəfə qarşı hücum əməliyyatları həyata keçirəcək.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Aleksandr Sırski LB.ua-ya verdiyi müsahibədə 2026-cı ilin hərbi planlarını açıqlayarkən bildirib.

Sırski vurğulayıb ki, yalnız müdafiə ilə qələbə əldə etmək mümkün deyil. “Rusiyanın 2026-cı il üçün strateji planları dəyişməyib. Onlar hələ də bütün Ukraynanı hədəf alır və planlarına sadiq qalırlar,” – deyə Baş Komandan qeyd edib.

O, həmçinin bildirib ki, Ukraynanın hücum planları düşmənin müdafiə qüvvələrinin fəaliyyətini məhdudlaşdırmaq, onları geri çəkilməyə məcbur etmək və strateji mövqelərini zəiflətmək məqsədi daşıyır, bu isə xeyli canlı qüvvə, texnika və sursat tələb edir.

Qeyd edək ki, Ukrayna ordusu 2025-ci ilin avqust-oktyabr aylarında Donbas bölgəsində genişmiqyaslı əks-hücum həyata keçirib. Aleksandr Sırski məlumat verib ki, həmin əməliyyat zamanı Ukrayna qüvvələri düşmənin hücum qrupunu dağıdıb və Pokrovskdan şimalda 430 kvadratkilometrdən çox ərazini azad edib. Eyni zamanda, rus qoşunları bu döyüşlərdə 13 mindən çox itki verib.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.