Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Kiyevdən Moskvaya sərt mesaj

Ukrayna lideri cəbhə xətti üzrə atəşkəs variantını istisna etməsə də, Donetskdə nəzarətdə olan ərazilərdən geri çəkilməyəcəklərini bildirib

22

“Ukrayna cəmiyyəti müharibədən yorulub, lakin Vladimir Putinin irəli sürdüyü şərtlərlə razılaşmaq mümkün deyil”.

Bu fikirləri Ukrayna Prezidenti Volodimir Zelenski səsləndirib.

O bildirib ki, Moskvanın bütün tələblərini qəbul etmək Ukraynanın suverenliyini itirməsi demək olardı: “Putinin istədiklərini sadəcə vermək olmaz. Onun məqsədi ölkəmizi işğal etməkdir. Əgər geri addım atsaq, hər şeyi itirərik – insanlar ya ölkəni tərk etməyə, ya da rus hakimiyyəti altında yaşamağa məcbur qalacaqlar”.

Zelenski qeyd edib ki, Kiyev müharibənin mövcud cəbhə xətti üzrə dondurulmasını nəzərdən keçirə bilər. Bununla belə, Ukrayna ordusu Donetsk vilayətində nəzarətində saxladığı ərazilərdən geri çəkilməyəcək.

“Rusiya bizim həmin əraziləri boşaltmağımızı tələb edir. Bu, məntiqsizdir. Biz illərdir davam edən müharibədən keçmişik və ölkəni onlara hədiyyə edə bilmərik”, – deyə o vurğulayıb.

Prezident əlavə edib ki, söhbət təkcə torpaqdan yox, orada yaşayan 200 min insanın taleyindən gedir: “Biz əsgərlərimizə və həmin insanlara nə deməliyik? ‘Sağ olun, biz gedirik, bundan sonra siz Rusiya vətəndaşısınız?’ Bu, mümkün deyil”.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.