Kiyevdə Azərbaycan səfirliyinə “İskəndər” raketinin qəlpələri düşdü
Rusiyanın hücumunda onlarla bina zədələnib, 4 nəfər həlak olub
Ötən gecə Rusiyanın Kiyevə həyata keçirdiyi hücum zamanı “İskəndər” raketinin qəlpələri Azərbaycan səfirliyinin binasına düşüb.
Ukrayna Prezidenti Volodimir Zelenski “X” hesabında bildirib ki, hücum zamanı təxminən 430 dron və 18 raketdən istifadə olunub. Təkcə Kiyevdə onlarla yaşayış binası zədələnib.
Hücum nəticəsində 4 nəfər ölüb, 20-dən çox insan xəsarət alıb.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.