Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Kiyev və ətrafına kütləvi hücum: raketlər və PUA-lar işə salındı

Sofiyivska Borşahivkada güclü yanğın, paytaxtda yaşayış binasına mərmi düşdü – dağıntılar araşdırılır

69

Rusiya silahlı qüvvələri Ukraynanın paytaxtı Kiyev və ətraf vilayət ərazilərinə raketlər və “Şahed” tipli pilotsuz uçuş aparatları ilə genişmiqyaslı zərbələr endirib.

Bu barədə məlumatı Kiyev Vilayət Hərbi Administrasiyası yayıb. Qurumun açıqlamasına görə, hücum nəticəsində Sofiyivska Borşahivka qəsəbəsində yerləşən binalardan birində güclü yanğın baş verib. Sosial şəbəkələrdə hadisə yerindən yayılan görüntülərdə alovun geniş əraziyə yayıldığı əks olunub.

Eyni zamanda bildirilib ki, Kiyev şəhərində çoxmərtəbəli yaşayış binasına mərmi düşüb. Zərbə nəticəsində binanın dam hissəsində yanğın qeydə alınıb. Tələfat və dağıntıların miqyası ilə bağlı dəqiq məlumatların toplanması istiqamətində araşdırmalar davam edir.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.