Kibertəhlükəsizlik gücləndirilir
Dövlət Vergi Xidməti şəbəkə təhlükəsizliyi avadanlıqları üçün milyonluq satınalma elan etdi
İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Vergi Xidməti kibertəhlükəsizlik səviyyəsini yüksəltmək üçün genişmiqyaslı satınalma prosesinə start verib.
Qurum informasiya sistemlərinin qorunmasını təmin etmək məqsədilə şəbəkə təhlükəsizliyi üzrə avadanlıqların alınmasını planlaşdırır. Satınalma üçün nəzərdə tutulan ilkin maliyyə dəyəri 1 milyon 193 min 717 manat 50 qəpik olaraq müəyyən edilib.
Müsabiqə çərçivəsində həm daxili, həm də xarici şəbəkələrin müdafiəsini gücləndirəcək müasir texnoloji həllərin əldə edilməsi nəzərdə tutulur.
Layihənin əsas məqsədi vergi ödəyicilərinə məxsus məlumatların təhlükəsizliyinin təmin olunması, eləcə də elektron xidmətlərin fasiləsiz və etibarlı şəkildə fəaliyyətinin qorunmasıdır.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.