Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Kapital Bank və PashaPay-da ödəniş şöbəsinə yeni rəhbər təyin olunub.

Cəlal Orucov Kapital Bank və PashaPay-ın ödəniş biznesinə rəhbər təyin edildi

75

Cəlal Orucov Kapital Bankın İdarə Heyətinin üzvü və sədr müavini vəzifəsinə gətirilib. Bankdan APA-ya verilən məlumata görə, bu qərar Müşahidə Şurası tərəfindən təsdiqlənib.

Yeni təyinat çərçivəsində Cəlal Orucov həm Kapital Bank, həm də PashaPay-ın ödəniş biznesinin idarə olunmasına rəhbərlik edəcək. Qeyd olunur ki, Orucov Azərbaycanda aparıcı maliyyə qurumlarında müxtəlif rəhbər vəzifələrdə çalışıb. O, Mərkəzi Bankda Ödəniş Sistemlərinin İnkişafı şöbəsinin müdiri, MilliKart-ın baş icraçı direktoru, Unibank və Azərbaycan Beynəlxalq Bankında baş texnologiya direktoru, PAŞA Bankda isə baş əməliyyat direktoru və İdarə Heyətinin üzvü olub. Bundan əlavə, o, PAŞA Kapitalın Müşahidə Şurasının üzvü kimi fəaliyyət göstərir.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.