Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Kağız pulların sonu – yeni dövr başlayır

Pul artıq cibimizdə deyil, sistemin əlində olacaq — texnoloji rahatlıqla azadlıq arasında incə xətt daralır.

38

Bütün dünyada pul qıtlığı hökm sürür. Kasıb da, varlı da eyni şeydən şikayətlənir — pul yoxdur. Amma bu, sadəcə iqtisadi böhran deyil, tarixi dönüş nöqtəsidir.

Bir əsr əvvəl sənaye inqilabı dünyanı dəyişmişdisə, bu gün eyni rolu rəqəmsal pul sistemi oynayır. Qarşıdakı iki ildə kağız pullar tarixə qarışacaq.

Artıq cibimizdə pul daşımayacağıq. Hər şey – maaş, alış-veriş, borc, hədiyyə – rəqəmsal cüzdanlarda, mobil tətbiqlərdə, kartlarda toplanacaq. Bu, texnoloji rahatlıq kimi görünür, amma əslində maliyyə azadlığımızın fəlsəfəsini dəyişir.

Bir kliklə alış-veriş etmək rahatdır, bəli. Amma rahatlığın arxasında nəzarət gizlənir. Nağd pulun olmaması dövlətlərə və maliyyə qurumlarına hər əməliyyatı izləmək imkanı verir. Bu, korrupsiya ilə mübarizə adı altında fərdi azadlığın məhdudlaşdırılması deməkdir.

İndi düşün:
Bank sistemi çökərsə, kartındakı “pul” sadəcə bir rəqəmə çevriləcək.
Elektrik və internet kəsilərsə, var-dövlətin “donacaq”.
Seyfdəki dollarlar nostalji, “pul saxlamaq” anlayışı isə keçmişin xatirəsi olacaq.

Yeni sistemdə pul dəyər deyil, kod olacaq. İnsan artıq “pul qazanmaq” yox, “rəqəmləri artırmaq” hissi ilə yaşayacaq. Pulun emosional və sosial dəyəri itəcək.

Bu, maliyyə nəhənglərinin ən böyük arzusudur — nəzarətsiz nağd pulları yox edib, hər kəsi izlənilə bilən bir sistemə salmaq.

Hazırda dünya dövlətləri – Çin, ABŞ, Rusiya, Avropa İttifaqı, Türkiyə, Azərbaycan – Mərkəzi Bank Rəqəmsal Valyutaları (CBDC) üzərində işləyirlər. Məqsəd rəsmi olaraq “təhlükəsiz və şəffaf ödənişlər”dir, amma bu, həm də rəqəmsal əsarətə aparan yol ola bilər.

Texnoloji sistem dayanarsa, cəmiyyət də dayanacaq. Çünki “pul” artıq cibdə deyil – buludda, serverdə, başqasının idarə etdiyi bir rəqəmdir.

Nəticədə, kağız pullara yox, bəlkə də azadlığımıza vida edirik.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.