Kənd təsərrüfatının əsas göstəriciləri
2022-ci ilin yanvar-dekabr ayları ərzində kənd təsərrüfatı heyvandarlıq və bitkiçilik məhsullarının istehsalının vəziyyəti haqqında
Mingəçevir respublikanın eləcə də “Aran iqtisadi rayonu”nun iri sənaye şəhərlərindən biri olmaqla bərabər, həm də kənd təsərrüfatının ayrı-ayrı sahələri üzrə də məşğul olan şəhərdir.
2022-ci ilin yanvar-dekabr ayları ərzində kənd təsərrüfatı heyvandarlıq məhsullarının istehsalı üzrə 65,5 ton ət (diri çəkidə) kəsilmiş, 1180,9 ton süd (fiziki çəkidə) sağılmış, 5,4 ton yun (fiziki çəkidə) və 154,0 min ədəd yumurta istehsal edilmişdir. Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə ət (diri çəkidə) kəsimi 1,4 ton və ya 2,1 faiz, süd sağımı (fiziki çəkidə) 9,3 ton və ya 0,8 faiz, yun (fiziki çəkidə) istehsalı 0,2 ton və ya 3,6 faiz, yumurta istehsalı isə 2,0 min ədəd və ya 1,3 faiz az məhsul deməkdir.
2022-ci ilin may ayından başlayaraq kənd təsərrüfatı məhsullarının toplanışına başlanmışdır. 2022-ci ilin may-noyabr ayları ərzində 5,3 ha kartof sahəsindən 45,0 ton məhsul toplanmışdır ki, buda əvvəlki ilin müvafiq dövrünə nisbətən 5,5 ton və ya 10,9 faiz azdır. Hesabat dövründə 14,1 ha tərəvəz sahəsi əkilmişdir ki, bunun da hamısı yığılmışdır. Yığılmış sahədən 60,0 ton məhsul toplanmışdır ki, buda əvvəlki ilin müvafiq dövrünə nisbətən 9,0 ton və ya 13,0 faiz azdır. 2022-ci ilin may-noyabr ayları ərzində 71,6 ton meyvə və giləmeyvə toplanmışdır ki, buda əvvəlki illə müqayisədə 5,2 ton və ya 6,8 faiz azdır.
Şərhlər bağlıdır.