Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Kənd təsərrüfatında xəstəliklərə qarşı tədbirlər

Dövlət büdcəsi hesabına mal-qaranın vaksinasiyası və bitki mühafizəsi işləri 2026-cı ildə də davam etdiriləcək

10

Kənd təsərrüfatı məhsulları istehsalçılarının mal-qarasının qarayara, dabaq, brusseloz, quduzluq və digər yoluxucu xəstəliklərdən qorunması məqsədilə dövlət büdcəsi hesabına vaksinləşdirmə aparılır.

Bu barədə Kənd Təsərrüfatı naziri Məcnun Məmmədov Milli Məclisdə Aqrar siyasət, Ailə, Qadın və Uşaq məsələləri, Elm və Təhsil komitələrinin birgə iclasında məlumat verib.

Onun sözlərinə görə, 2026-cı ildə baytarlıq xidmətlərinin həyata keçirilməsi, dövlət büdcəsinin vəsaiti hesabına vaksinlərin, dərman və baytarlıq ləvazimatlarının alınması üçün 41,9 milyon manat nəzərdə tutulub. “Nəzərdə tutulmuş vəsaitə əlavə 3 milyon manat ayrılması üçün də müraciət olunub,” – deyə nazir bildirib.

Həmçinin, bitki mühafizəsi sahəsində xəstəlik və zərərvericilərə qarşı mübarizə tədbirləri üçün 2026-cı ildə 5,4 milyon manat, aqrokimyəvi analizlərin aparılması, pasportların verilməsi və toxum nəzarəti üzrə tədbirlər üçün isə 8,2 milyon manat ayrılıb ki, bu da cari illə müqayisədə 5,7 faiz çoxdur.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.