Bizimlə həyatınız həmişə işıqlı olacaq!

“Kənd icmalarında ictimai iştirakçılığın inkişafı” layihəsi sona çatıb

Qazax rayonunu əhatə edən layihədə 100-ə yaxın kənd sakini iştirak edib.

Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı və İnnovativ Vətəndaş Təşəbbüsüləri İctimai Birliyinin təşkilatçılığı ilə icra olunan “Kənd icmalarında ictimai iştirakçılığın inkişafı” layihəsi sona çatıb.

Qazax rayonunu əhatə edən layihədə 100-ə yaxın kənd sakini iştirak edib.

Layihənin məqsədi ictimai iştirakçılığın artırılması ilə ölkənin siyasi, sosial-iqtisadi həyatının inkişafına, dövlətçiliyin möhkəmləndirilməsinə və dövlət orqanlarının işinin effektiv həyata keçirilməsinə dəstək olmaqdır.

Qeyd edək ki, 2 ay davam edən layihə çərçivəsində Qazax rayonunun 6 kəndində “İctimai vəkillik” mövzusunda təlimlər keçirilib.

 

Şərhlər bağlıdır.