Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Kəlbəcərdə ilk DOST məntəqəsi sakinlərin istifadəsinə verildi

Yeni xidmət mərkəzi köçkünlərə dövlət sosial xidmətlərinə daha rahat çıxış imkanı yaradacaq

8

Kəlbəcər rayonunda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşəbbüsü ilə yeni DOST məntəqəsi fəaliyyətə başlayıb. Məntəqə Kəlbəcərə köçən sakinlərə dövlət sosial xidmətlərinə rahat və şəffaf mexanizmlər əsasında çıxış imkanı təqdim edəcək.

Mərkəzdə vətəndaşlara sosial xidmətlər “bir pəncərə” prinsipi ilə, çevik və müasir üsullarla göstəriləcək. Layihə mobillik və konstruktivlik elementləri əsasında hazırlanaraq müasir tələblərə uyğun şəkildə qurulub.

Yeni məntəqədə məşğulluq xidmətləri ilə yanaşı, KOBİA əməkdaşlarının dəstəyi də vətəndaşların istifadəsində olacaq. Gün ərzində burada orta hesabla 120-dək sakinin qəbulu planlaşdırılır.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.