Kəlbəcərdə hərbi maşın minaya düşdü: 5 əsgər yaralandı
Avqustun 5-də saat 19:05 radələrində Kəlbəcər rayonu ərazisində Azərbaycan Ordusuna məxsus təminat avtomobili mina partlayışına düşüb.
Müdafiə Nazirliyinin yaydığı məlumata əsasən, hadisə Ermənistan silahlı qüvvələri tərəfindən əvvəlcədən basdırılmış minanın partlaması nəticəsində baş verib.
Partlayış nəticəsində beş hərbi qulluqçumuz müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar dərhal yaxınlıqdakı tibb müəssisəsinə təxliyə olunublar. Həkim müdaxiləsi nəticəsində onların həyatları üçün təhlükə olmadığı bildirilib.
Hadisə ilə bağlı araşdırma başladılıb. Baş Prokurorluğun verdiyi açıqlamaya görə, faktla əlaqədar Kəlbəcər Hərbi Prokurorluğunda araşdırma aparılır.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.