Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Kəlbəcərdə 33 ildən sonra ilk dərs zəngi çalındı

İşğaldan azad olunmuş Kəlbəcərdə müasir təhsil kompleksinin əsası qoyulub

10

15 Sentyabr – Bilik Günü münasibətilə Kəlbəcərdə 33 illik fasilədən sonra ilk dərs zəngi səslənib. Şəhərdə işğaldan sonra inşa edilən ilk tədris ocağı modul tipli binada fəaliyyətə başlayıb. Bu bina məktəblilərin təhsillərini davam etdirmələri üçün müvəqqəti olaraq nəzərdə tutulub.

Hazırda Kəlbəcər şəhərində 2,24 hektar ərazidə müasir təhsil kompleksi inşa olunur. Kompleksdə 528 şagird üçün ümumtəhsil orta məktəb, 80 yerlik uşaq bağçası, 7 peşə təhsili üzrə emalatxana və 70 yerlik yataqxana tikilir. Layihənin 2026-cı ildə istifadəyə verilməsi planlaşdırılır.

Tədbirdə vurğulanıb ki, 32 il əvvəl məcburi köçkünlüyün ağır sınaqlarını yaşamış soydaşlarımız bu gün qalibiyyətin bəhrəsini görərək doğma torpaqlarında həyatın yenidən bərqərar olmasının şahididirlər.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.