Jirinovskinin oğlu atasına həsr olunmuş tədbirdə buraxılmadı
Oleq Jirinovski qeydiyyatsız olduğuna görə MGIMO-da keçirilən qapalı tədbirə daxil edilməyib və Rosqvardiya onu sakitləşdirərək binadan çıxarıb
LDPR-ın qurucusu Vladimir Jirinovskinin nikahdankənar oğlu Oleq Jirinovski (Eydelşteyn) atasının xatirəsinə həsr edilmiş qapalı tədbirə buraxılmayıb. Hadisə MGIMO-da keçirilən “Jirinovski oxunuşları” zamanı baş verib. Bu barədə “Baza” nəşri məlumat yayıb.
Təşkilatçılar bildiriblər ki, tədbirdə iştirak üçün əvvəlcədən qeydiyyat zəruri idi. Oleq Jirinovski isə siyahıda olmadığı üçün zala daxil olmasına icazə verilməyib.
Məlumata görə, o, buna etiraz edərək özünü siyasətçinin oğlu kimi təqdim edib və qeydiyyatsız şəkildə içəri buraxılmasını tələb edib. Tələbi yerinə yetirilmədikdə isə LDPR sədri Leonid Slutski ilə görüşmək istədiyini deyib və təşkilatçılara təzyiq göstərməyə çalışıb.
Hadisə yerinə Rosqvardiya əməkdaşları çağırılıb. Onlar Oleqi sakitləşdirərək binadan uzaqlaşdırıblar, lakin saxlanılma həyata keçirilməyib.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.