Bizimlə həyatınız həmişə işıqlı olacaq!

İxtisas seçiminə son 1 gün qaldı

72 mindən çox abituriyent ərizəsini təsdiqləyib

19

Ali təhsil müəssisələrinə qəbul üçün ixtisas seçimi mərhələsinin başa çatmasına cəmi bir gün qalıb.

Elm və Təhsil Nazirliyinin verdiyi məlumata görə, 18 avqust saat 09:15-ə olan statistikaya əsasən, indiyədək 72 min 758 abituriyent (o cümlədən subbakalavr) elektron ərizəsini təsdiqləyib.

Qruplar üzrə göstəricilər belədir:

  • I qrup – 19 min 998 nəfər

  • II qrup – 16 min nəfər

  • III qrup – 20 min 911 nəfər

  • IV qrup – 5 min 510 nəfər

Qaydalarına əsasən, yalnız ərizəsini təsdiq edən abituriyentlər müsabiqəyə buraxılır.

Abituriyentlərə xatırladılır ki, ixtisas seçimi prosesi 19 avqust saat 23:59-da başa çatacaq. Bu vaxta qədər onlar qəbul olmaq istədikləri ixtisasları “Abituriyentin (subbakalavrın) elektron ixtisas seçimi ərizəsi” vasitəsilə qeyd edib təsdiqləməlidirlər.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.