İxtisar zamanı işçilərin işdə saxlanma qaydalarına dəyişiklik
Əmək Məcəlləsinə edilən yeniliklərdə əlillik nəticəsində üstünlük verilən kateqoriyalara düzəlişlər aparılıb
İşçilərin ixtisarı zamanı kimlərin iş yerində saxlanılmasına üstünlük verilməsi ilə bağlı qaydalara dəyişiklik edilib. Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Əmək Məcəlləsinə edilən dəyişikliklərdə əksini tapıb.
Yeni qaydalara əsasən, ixtisası və peşəkarlıq səviyyəsi eyni olan işçilər arasında seçim aparılarkən, həmin müəssisədə istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində əlillik almış şəxslərə artıq üstünlük verilməyəcək.
Qeyd edək ki, qüvvədə olan qanunvericiliyə görə, ixtisar zamanı ixtisas və peşəkarlıq göstəriciləri eyni olduqda aşağıdakı kateqoriyadan olan şəxslər işdə saxlanılmaq baxımından üstün hesab olunur:
-
şəhid ailələrinin üzvləri;
-
müharibə iştirakçıları;
-
hərbi qulluqçuların həyat yoldaşları;
-
himayəsində iki və daha çox 16 yaşadək uşağı olan şəxslər;
-
məcburi köçkünlər, onlara bərabər tutulan şəxslər və qaçqın statusu olanlar;
-
kollektiv və ya əmək müqavilələrində nəzərdə tutulan digər kateqoriyalar.
Dəyişikliklər ixtisar prosesində üstünlük meyarlarının daha dəqiq tənzimlənməsini nəzərdə tutur.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.