Bizimlə həyatınız həmişə işıqlı olacaq!

İTV Yayım Şurasının yeni tərkibi formalaşdı

Milli Məclis yeni namizədləri təsdiqləyib, əvvəlki üzvlərdən Yusif Babanlı və Zemfira Qafarova şuraya daxil olmayacaq

108

Azərbaycan İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasına yeni namizədlər təsdiqlənib. Bu məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

İdman federasiyaları tərəfindən Şuraya Azərbaycan Cüdo Federasiyasının İcraçı vitse-prezidenti Rəşad Rəsullu və Şahmat üzrə qadınlar yığma komandasının kapitanı İlahə Qədimova, dini konfessiyalar tərəfindən Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini Salman Musayev və Aparat rəhbəri Simran Həsənov, yaradıcılıq təşkilatları tərəfindən isə Bəstəkarlar İttifaqının İdarə heyətinin üzvü Həcərxanım Babayeva və Azərbaycan Milli Konservatoriyasının dosenti Aytən Babayeva namizəd göstərilib.

Şuranın əvvəlki üzvlərindən Azərbaycan Boks Federasiyasının İcraiyyə Komitəsinin üzvü, professor Yusif Babanlı və Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi Zemfira Qafarova yeni tərkibdə iştirak etməyəcək.

Müzakirələrdən sonra namizədlərin siyahısı səsvermə yolu ilə təsdiqlənib.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.