Bizimlə həyatınız həmişə işıqlı olacaq!

İstedadlı şagirdlər üçün xüsusi imkan

Məktəbi vaxtından əvvəl bitirmək istəyənlər eksternat imtahanında biliklərini sınadılar

10

Ümumi təhsilin müxtəlif səviyyələrini vaxtından əvvəl başa vurmaq istəyən istedadlı şagirdlər üçün eksternat qaydasında imtahan təşkil olunub.

Ümumi təhsil müəssisələrinin təqdim etdiyi rəsmi müşayiət məktubları əsasında imtahana cəlb olunan 10 şagird bilik və bacarıqlarını nümayiş etdirib.

İmtahan fənn proqramlarına uyğun hazırlanıb və hər fənn üzrə 10 sualdan ibarət olub. Nəticələr müvafiq komissiya tərəfindən 100 ballıq qiymətləndirmə sistemi əsasında yoxlanılacaq. Test mərhələsini uğurla keçən şagirdlər haqqında məlumatlar Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə (MÜTDA) təqdim ediləcək. Agentliyin təşkil etdiyi müsabiqədən müsbət nəticə əldə edən şagirdlər cari tədris ilinin ikinci yarısından etibarən bir sinif yuxarıda təhsillərini davam etdirəcəklər.

Qeyd edək ki, Elm və Təhsil Nazirliyinin müvafiq əmri ilə təsdiqlənmiş qaydalara əsasən, təhsil səviyyəsini vaxtından əvvəl bitirmək imkanı ibtidai təhsildə III, ümumi orta təhsildə VIII və tam orta təhsildə X sinif şagirdlərinə şamil olunur. Hər bir şagird ümumi təhsil müddətində bu hüquqdan yalnız bir dəfə yararlana bilər.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.