İsrailin Livanda əməliyyatı: onlarla ölən və yaralanan var
Ron Aradın qalıqlarını axtaran komando dəstəsi pusquya düşüb
Livanda, ölkənin şərqində yerləşən Nəbi Şit şəhəri yaxınlığında İsrail qüvvələrinin keçirdiyi əməliyyat zamanı 29 nəfər həyatını itirib, 35-dən çox şəxs isə yaralanıb.
Bu barədə “Al-Hadath” telekanalı məlumat yayıb.
Məlumata görə, İsrailin komando dəstəsi 1986-cı ildə əsir götürülmüş israilli şturman Ron Aradın qalıqlarını tapmaq məqsədilə dörd helikopterlə Nəbi Şit yaxınlığındakı dağlıq əraziyə eniş edib. Hərbçilər pilotun qalıqlarının dəfn olunduğu iddia edilən Əl-Şokr ailəsinə məxsus qəbiristanlığa doğru irəliləyərkən pusquya düşüblər.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.