İsraildən Tehrana sərt mesaj
Müdafiə naziri bildirib ki, İsrailə qarşı siyasəti davam etdirəcək istənilən İran lideri hədəf sayılacaq
İsrailin müdafiə naziri İsrael Katz İrana qarşı sərt açıqlama ilə çıxış edib.
Nazir bildirib ki, Tehran rəhbərliyində təyin olunacaq istənilən şəxs İsrailə qarşı siyasəti davam etdirəcəyi təqdirdə hədəf sayılacaq. Onun sözlərinə görə, “İran rejimi İsraili məhv etmək, ABŞ və digər ölkələri təhdid etmək niyyətindən əl çəkməsə, rəhbər postuna gətirilən hər kəs məqsədli şəkildə zərbə riski ilə üzləşəcək. Adının və harada olmasının fərqi yoxdur”.
Katz iddia edib ki, İran rəhbərliyi regionda sabitliyi pozmaq və öz vətəndaşlarına təzyiq göstərmək siyasətini davam etdirir.
Qeyd edək ki, İranın ali lideri Əli Xomenei fevralın 28-də Tehranda baş verən hava zərbəsi zamanı həyatını itirib.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.