İsraildə İran üçün casusluq edən şəxs saxlanıldı
Vadim Kopriyanov təhlükəsizlik cinayətlərində şübhəli bilinərək həbs edildi
İsrailin Rişon Le-Zion şəhərində yaşayan 40 yaşlarında bir vətəndaş İrana casusluq ittihamı ilə həbs edilib.
Məlumata görə, “Şin Bet” xidməti və İsrail polisinin “Lahav-433” əməliyyatı zamanı Vadim Kopriyanovun İran kəşfiyyatının göstərişi ilə təhlükəsizliklə bağlı cinayətlərdə iştirak etdiyi müəyyən edilib.
Araşdırma zamanı aydın olub ki, son iki ay ərzində Kopriyanov İran üçün müxtəlif tapşırıqlar yerinə yetirib. O, öz şəhərində və digər şəhərlərdə çəkilən müxtəlif görüntüləri, o cümlədən keçmiş baş nazir Naftali Bennettin evinin fotolarını kəşfiyyat qurumuna ötürüb və bunun müqabilində pul alıb.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.