Bizimlə həyatınız həmişə işıqlı olacaq!

İsrail və ABŞ arasında gizli hərbi xətt: Vaşinqtonda qapalı görüşün pərdəarxası

İranla 12 günlük müharibədən sonra tərəflər arasında yeni strateji və kəşfiyyat mexanizmi formalaşıb

95

İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi Eyal Zamir ABŞ-a səfəri çərçivəsində Vaşinqtonda ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Den Keyn və onun rəhbərlik etdiyi yüksək səviyyəli hərbi heyətlə qapalı görüş keçirib. Sözügedən təmas İsrail ilə ABŞ arasında mövcud olan ən vacib hərbi-işçi əlaqə mexanizmlərindən biri kimi dəyərləndirilir.

“Jerusalem Post”un məlumatına əsasən, İsrail, ABŞ Silahlı Qüvvələrinin Baş Qərargahı və ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) arasında operativ və strateji xarakter daşıyan üçtərəfli əməkdaşlıq xətti formalaşıb. Bu mexanizm İranla baş vermiş 12 günlük münaqişədən sonra yaradılıb və tərəflər arasında davamlı görüşlər və əlaqələndirilmiş fəaliyyətlərlə müşayiət olunur.

Nəşr vurğulayır ki, sözügedən müharibədən sonra İsrail və ABŞ arasında hərbi və kəşfiyyat sahəsində koordinasiya daha da dərinləşib. Nəticədə yaranan yeni institutlaşmış kanal çərçivəsində tərəflər əməliyyat təcrübəsinin paylaşılması, kəşfiyyat məlumatlarının sinxronlaşdırılması və potensial təhlükə ssenarilərinin birgə planlaşdırılması istiqamətində sıx əməkdaşlıq edirlər.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.