Bizimlə həyatınız həmişə işıqlı olacaq!

İsrail müdafiə sənayesində yeni mərhələ açdı

Rekord ixrac ili yaşayan İsrailin yeni nəsil lazer sistemi hədəfləri cəmi 1–2 dollara zərərsizləşdirir və artıq real döyüş şəraitində sınaqdan keçirilib.

13

İsrail 2024-cü ildə rekord nəticə göstərərək 15 milyard dollarlıq silah ixracı ilə dünyanın səkkizinci ən böyük silah satıcısı olub. Bu barədə “Fox News” məlumat verib.

Məlumata görə, ən böyük tələbat “Iron Dome” sisteminin raketlərinədir. Bu raketlər xüsusilə Almaniya və Finlandiya tərəfindən alınır. Bununla yanaşı, Hindistan, Tayland, Yunanıstan, həmçinin Mərakeş, BƏƏ və Bəhreyn kimi müsəlman ölkələri də İsraildən raketlər, dronlar və kibertəhlükəsizlik sistemləri sifariş edir.

Rekord ixrac göstəriciləri fonunda İsrail yeni müdafiə silahını – “Iron Beam” lazer sistemini də rəsmi olaraq təqdim edib. Yeni nəsil lazer silahı yaxın məsafədən atılan raketləri, minaatan mərmilərini və pilotsuz uçuş aparatlarını cəmi bir neçə saniyəyə məhv edir. Üstəlik, hər bir hədəfin zərərsizləşdirilməsi cəmi 1–2 dollara başa gəlir ki, bu da sistemi son dərəcə qənaətcil edir.

İsrailli mütəxəssislərin sözlərinə görə, “Iron Beam” artıq real döyüş şəraitində – Hizbullah və İran tərəfindən atılan PUA-lara qarşı – test edilib və yüksək effektivlik nümayiş etdirib.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.