Bizimlə həyatınız həmişə işıqlı olacaq!

İsrail-Livan gərginliyi artdı

İsrail ordusu Hizbullahın hərbi obyektlərini bombalayaraq atəşkəs pozuntularına cavab verib

132

İsrail ordusu Livana yeni hava zərbələri endirib. Bu barədə ordunun rəsmi mətbuat xidməti məlumat yayıb.

Bəyanata görə, hücumların əsas hədəfi şiə təşkilatı Hizbullaha məxsus hərbi obyektlər olub. Zərbələr Livanın müxtəlif bölgələrinə yönəldilib, xüsusilə cənubi Cezzin vilayətindəki Mahmudiyyə rayonu və şimaldakı Hermel bölgəsindəki Hizbullahın təlim bazaları və silah anbarları bombalanıb.

İsrail tərəfi bildirir ki, əməliyyat Hizbullahın atəşkəs razılaşmalarını dəfələrlə pozmasına cavab olaraq həyata keçirilib. Tələfat barədə hələ məlumat verilməyib.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.