Bizimlə həyatınız həmişə işıqlı olacaq!

İsrail ABŞ ilə İran mövzusunda intensiv təhlükəsizlik danışıqları aparıb

əl-Əviv Vaşinqton səfəri zamanı İranla bağlı hərbi və strateji risklər müzakirə olunub

72

İsrailin hərbi rəhbərliyi Vaşinqtonda ABŞ Baş Qərargahı ilə geniş təhlükəsizlik koordinasiyası üzrə danışıqlar aparıb. Görüşlərin əsas məqsədi İrana qarşı mümkün hərbi əməliyyatın nəticələrini qiymətləndirmək olub.

“Maariv” qəzeti xəbər verir ki, İsrail nümayəndə heyətinə Baş Qərargah rəisi Eyal Zamir rəhbərlik edib və o, amerikalı həmkarı Den Keynlə görüşüb. Danışıqlarda İsrail tərəfi İranla hərbi qarşıdurmanın mümkün nəticələrini təqdim edib və son kəşfiyyat məlumatlarını bölüşüb.

Məlumata görə, ABŞ Prezidenti Donald Tramp İrana qarşı beş əsas tələb irəli sürüb:

  • Təxminən 400 kiloqram zənginləşdirilmiş uranın təhvil verilməsi

  • Nüvə proqramının tam ləğvi

  • Ballistik raket proqramının dayandırılması

  • Raket proqramının dayandırılması

  • Yəmən, İraq, Suriya və Livandakı proksi qüvvələrə dəstəyin kəsilməsi

İsrail hesab edir ki, İran bu tələbləri həm birlikdə, həm də ayrıca müzakirə etməyə hazır deyil və hazırkı mərhələ prosesi uzatma taktikası ilə xarakterizə olunur. ABŞ isə iki seçimin qarşısındadır: ya hərbi qarşıdurmaya getmək, ya da təhlükəni yalnız “nəzəri eskalasiya” səviyyəsində saxlamaq.

İsrail xəbərdarlıq edib ki, ABŞ-nin son anda geri çəkilməsi Yaxın Şərqdə vəziyyəti daha da gərginləşdirə, Tehran və onun proksilərini gücləndirə və İranı qlobal terrorun əsas mənbəyi kimi möhkəmləndirə bilər.

“Maariv” qeyd edir ki, İsrail hazırkı mərhələni güc balansını yenidən formalaşdırmaq üçün qırılma nöqtəsi hesab edir və Vaşinqton səfəri də ABŞ-ın qərarına təsir göstərmək məqsədi daşıyır.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.