Bizimlə həyatınız həmişə işıqlı olacaq!

İşğaldan azad olunmuş ərazilərdə strateji yol layihələri sürətlə davam edir

Şükürbəyli-Cəbrayıl-Hadrut yolu istifadəyə verildi, digər 63 avtomobil yolu və 1 hava limanı layihəsi isə tikinti mərhələsindədir

570

Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində artıq 312 km uzunluğa malik 7 layihənin tikintisi başa çatdırılıb. Bunlara Zəfər yolu, Laçına alternativ avtomobil yolu, Tərtər-Çaylı-Suqovuşan-Talış, Talış-Tapqaraqoyunlu-Qaşaltı, Füzuli-Hadrut, Bərdə-Ağdam və Əhmədbəyli-Füzuli-Şuşa yolları daxildir.

Tədbirlər Planına uyğun olaraq, ümumi uzunluğu 1885 km olan 14 layihənin 2026-cı ilədək başa çatdırılması nəzərdə tutulub. Bu layihələr arasında Ağdam-Füzuli, Qubadlı-Mahmudlu-Yazdüzü-Ermənistan sərhədi, Toğana-Kəlbəcər-İstisu, Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd və Araz çayı üzərində körpülər, Laçında hava limanı ilə əlaqəli yol işləri, həmçinin Kəlbəcər, Laçın, Daşkəsən və digər rayonlarda strateji yol infrastrukturunun tikintisi var.

Şükürbəyli-Cəbrayıl-Hadrut yolunun 24,2 km-lik hissəsinin açılış mərasimi artıq keçirilib. 2023-cü ildə Prezidentin sərəncamları ilə daha 3 layihənin – Laçın şəhərinin daxili yolları, Xudafərin-Qubadlı-Laçın yeni avtomobil yolu və Horadiz-Zəngilan yolunun əsaslı təmiri – icrasına başlanılıb.

Müzəffər ordumuzun uğurlu əməliyyatlarından sonra Agentlik tərəfindən azad edilmiş ərazilərdə 7 yeni yol layihəsinin tikintisi davam edir. Bu yolların ümumi uzunluğu 501 km-dir və Suqovuşan-Sərsəng su anbarı-Qozlukörpü-Kəlbəcər, Ağdərə-Ağdam, Əsgəran, Tərtər-Ağdərə, Xankəndi-Şuşa-Laçın və Əsgəran-Xocalı-Xankəndi marşrutlarını əhatə edir.

Ümumilikdə işğaldan azad olunmuş ərazilərdə 64 avtomobil yolu və 1 hava limanı layihəsi həyata keçirilir. İndiyədək 17 yol tam, 1 layihə qismən başa çatdırılıb. Ümumilikdə 47 tunel, 392 körpü, 16 viaduk üzərində tikinti işləri aparılır, bunlardan 7 tunel istifadəyə verilib, 9 viaduk və 392 körpü tamamlanıb.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.