İşçilərin rifahına diqqət: Çində yeni iş modeli
Yu Donglai tərəfindən tətbiq olunan təşəbbüs işçilərin emosional və zehni sağlamlığını fiziki sağlamlıq qədər önə çıxarır və Çində diqqət çəkir.
Çində fəaliyyət göstərən “Pang Dong Lai” şirkətinin təsisçisi Yu Donglai işçiləri üçün qeyri-adi bir təşəbbüs həyata keçirib: əgər işçi özünü stresli, yorğun, məyus və ya istirahətə ehtiyacı olduğunu hiss edirsə, rəhbərlikdən icazə almadan işə gəlməmə hüququna malikdir.
Şirkət rəhbərliyi qeyd edir ki, bu qərar tamamilə işçinin öz seçimidir və icazə üçün hər hansı təsdiq tələb olunmur. Məqsəd, emosional və zehni sağlamlığı fiziki sağlamlıq qədər önəmli hesab etməkdir.
“Pang Dong Lai” artıq gündə 7 saatlıq iş rejimi və geniş illik məzuniyyət imkanları ilə işçilərin rifahına diqqət yetirən şirkətlər arasında tanınır. Yu Donglai hesab edir ki, xoşbəxt və rahat işçilər daha məhsuldar olur, işdə uzun müddət qalır və daha davamlı performans göstərirlər.
Bu yanaşma Çində böyük maraq doğurub və işçilərin rifahını ön plana çıxaran iş mədəniyyətinin nümunəsi kimi qiymətləndirilir.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.