İşçilərin maaşından tutulma hansı hallarda qanunidir?
Qanunvericilik bu məqamı necə tənzimləyir?
Müəssisələrdə işçilərin işə gecikmə, intizam pozuntusu və digər səbəblərə görə maaşlarından müəyyən məbləğlərin tutulması halları tez-tez müşahidə olunur. Bu məbləğ müəssisədən müəssisəyə, əmək haqqının miqdarına və hadisənin xarakterinə görə dəyişir. Şirkət rəhbərləri bu üsulla iş yerində nizam-intizamı qorumağa çalışsalar da, məsələnin qanuni tərəfi bəzən sual doğurur.
Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov bildirir ki, işçi işəgötürənə maddi ziyan vurduqda əmək haqqından tutulmaya yol verilir. Bu halda iki vəziyyət mümkündür:
-
Orta aylıq əmək haqqı həcmində tutulma (zərərin miqdarından asılı olaraq);
-
Tam maddi məsuliyyət müqaviləsi olduqda vurulan ziyanın tam həcmdə tutulması.
Bundan başqa, məhkəmə qərarı ilə işçinin kredit və ya digər borc öhdəliklərini yerinə yetirmədiyi hallarda əmək haqqının 50 faizindən çox olmamaq şərti ilə tutulma mümkündür.
Qanunvericiliyə əsasən, maaşdan yalnız aşağıdakı hallarda tutulma aparıla bilər:
-
Vergi və digər icbari ödənişlər;
-
İşçinin yazılı razılığı ilə siyasi partiya və həmkarlar ittifaqına üzvlük haqları;
-
Əmək funksiyasını tam yerinə yetirmədikdə və intizam qaydalarını pozduqda – 25 faizdən çox olmamaqla cərimə tətbiqi (yalnız kollektiv müqavilədə nəzərdə tutulubsa).
Digər hallarda işçinin maaşından tutulma qanunsuz hesab olunur.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.