İşçilərin hüquqları qorunur: İş yeri və maaş təminatı genişləndirilir
Hərbi təlimlər, xüsusi toplanışlar və ezamiyyət zamanı işçilərin iş yeri və orta əmək haqqı saxlanacaq
İşçilərin iş yerinin və orta əmək haqqının saxlanılması qaydalarına dəyişikliklər ediləcək. Bu məsələ Əmək və Sosial Siyasət Komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan Əmək Məcəlləsinə dəyişikliklər layihəsində öz əksini tapıb.
Mövcud qanunvericiliyə görə, hərbi və xüsusi toplanışlarda iştirak, habelə hərbi nəqliyyat vəzifəsinin yerinə yetirilməsi ilə əlaqədar ezam olunma zamanı işçinin iş yeri və orta əmək haqqı qorunur.
Layihədə isə bu müddəa genişləndirilir: işçi hərbi təlim, yoxlama, xüsusi toplanışlarda, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi digər tədbirlərdə (hərbi qeydiyyat, xüsusi hərbi ixtisaslar üzrə hazırlıq, çağırışçıların tibbi müayinəsi, hərbi vəziyyət rejimi ilə bağlı tədbirlər və s.) iştirak etdikdə, eləcə də hərbi nəqliyyat vəzifəsi üzrə ezam olunanda iş yeri və orta əmək haqqı saxlanılacaq.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.