Şifrənizi bərpa edin.
Şifrə sizə e-poçtla göndəriləcək.
026-cı il yanvarın 1-i vəziyyətinə Azərbaycanda muzdla çalışan işçilərin sayı 1 milyon 808,0 min nəfər təşkil edib. Dövlət Statistika Komitəsinin məlumatına görə, onların 865,8 mini dövlət sektorunda, 942,2 mini isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
Muzdla işləyənlərin 18,6 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri sahəsində, 18,1 faizi təhsil sahəsində, 13,8 faizi isə sənaye sahəsində çalışıb. İşçilərin 8,5 faizi səhiyyə və sosial xidmətlər, 6,6 faizi tikinti, 6,2 faizi isə dövlət idarəetməsi, müdafiə və sosial təminat sahələrində məşğul olub.
Bundan əlavə, muzdla çalışanların 4,4 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,9 faizi peşə, elmi və texniki fəaliyyət, 2,4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,4 faizi maliyyə və sığorta sahəsində işləyib. Qalan 15,1 faiz isə iqtisadiyyatın digər sahələrinin payına düşüb.
2025-ci ilin ilkin göstəricilərinə əsasən, ölkədə muzdla çalışanların orta aylıq nominal əməkhaqqı əvvəlki illə müqayisədə 9,3 faiz artaraq 1 102,9 manat olub. Orta aylıq nominal əməkhaqqı mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, həmçinin nəqliyyat və anbar təsərrüfatı sahələrində daha yüksək qeydə alınıb.
Əvvəlki yazı
Növbəti yazı
Şifrənizi bərpa edin.
Şifrə sizə e-poçtla göndəriləcək.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.