İşə qəbuldə yeni qaydalar tətbiq olunur
Sertifikasiya imtahanında uğursuz olanlar ilkin mərhələdə müvəqqəti olaraq xidmətindən uzaqlaşdırılacaq, qəbul prosesi isə tam elektron formata keçəcək
Xəstəxanalara işə qəbuldə nəticə əsasdır
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin İcraçı direktoru Vüqar Qurbanov 27-ci Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları Sərgisi – “Medinex 2025″də açıqlayıb ki, xəstəxanalara işə qəbul prosesində nəticələr önəm daşıyır.
O bildirib ki, işçilər sertifikasiya imtahanlarından uğursuz keçərsə, onlar ilkin mərhələdə müvəqqəti olaraq tibbi xidmətdən uzaqlaşdırılır. Növbəti imtahanda da nəticə uğursuz olarsa, onların fəaliyyətinə tamamilə xitam verilir.
V.Qurbanov həmçinin qeyd edib ki, gələcəkdə xəstəxanalara qəbul prosesi tam elektron formada aparılacaq və ilin sonuna qədər kağız daşıyıcılardan istifadə dayandırılacaq.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.