Bizimlə həyatınız həmişə işıqlı olacaq!

İraq–Suriya sərhədində təhlükəsizlik tədbirləri gücləndirilir

Sərhəd boyunca inşa edilən beton divarın tikintisinin 80 faizi tamamlanıb

64

İraq Suriya ilə olan sərhəd xətti boyunca inşa edilən beton səddin tikintisini yekunlaşdırmağa yaxındır.

bu barədə İraq Silahlı Qüvvələrinin Baş Komandanının mətbuat katibi Sabah ən-Numan İraq Xəbər Agentliyinə açıqlama verib. O bildirib ki, Baş Komandan sərhəddə beton divarın tikintisinin sürətlə tamamlanması ilə bağlı tapşırıq verib və hazırda layihə üzrə işlərin təxminən 80 faizi icra olunub.

Məlumata əsasən, təhlükəsizlik tədbirləri çərçivəsində divar müasir termal müşahidə kameraları ilə təchiz edilib. Bundan başqa, sərhəd xətti boyunca tikanlı məftillər çəkilib və əlavə olaraq müdafiə məqsədilə xəndəklər qazılıb

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.